NormNormNormNormNormNorm
/

Rəhbərlik

Adnan Nuri Özkaya
Direktorlar Şurasının sədri
Adnan Nuri Özkaya müxtəlif rəhbər vəzifələrdə 30 ildən çox beynəlxalq iş təcrübəsinə malikdir.

A. N. Özkaya Norm-un Direktorlar Şurasının sədridir. Daha əvvəl 2012-ci ilin fevral ayından etibarən Norm şirkətində biznes məsləhətçi və şura üzvü kimi fəaliyyət göstərib.

A. N. Özkaya 17 il müddətində Lafarge Group-un Türkiyədəki ofisində və Parisdə yerləşən mərkəzi ofisdə müxtəlif vəzifələrdə çalışıb. 2002-2010-cu illərdə Lafarge Cement Turkey-də Baş icraçı direktor, 1999-2002-ci illərdə isə Maliyyə işləri üzrə direktor və Strateji məsələlər üzrə direktor vəzifələrində çalışıb. Bundan öncə isə 1992-ci ilin sonunadək audit şirkətində işləyib.

A. N. Özkaya 1988-ci ildə Boğaziçi Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinin məzunudur.
Yusif Cabbarov
Şura üzvü
Yusif Cabbarov müxtəlif sahələrdə 20 il uğurlu fəaliyyət təcrübəsinə malikdir. Bu müddət ərzində o, neft-qaz, telekommunikasiya və maliyyə kimi sahələrdə rəhbər vəzifələrdə çalışıb.

Cənab Cabbarov çeşidli sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-in Baş Direktorudur. Bundan əvvəl, O, şirkətlər qrupunun Səhmdar Ofisinin rəhbəri işləyib.

Y.Cabbarov holdinqə daxil olan müxtəlif şirkətlərin Direktorlar Şurasının üzvüdür. O, Vodafone Ukraine şirkətinin Direktorlar Şurasının sədri, Bakcell şirkətinin Direktorlar Şurasının sədr müavinidir. Bununla yanaşı, cənab Cabbarov Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm şirkətinin, Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətlərinin Direktorlar Şurasının üzvüdür.

Daha əvvəl, Yusif Cabbarov Nobel Oil şirkətlər qrupunda baş direktorun müavini və baş maliyyə direktoru vəzifələrində çalışıb. 2000-ci ildən 2013-cü ilə qədər Yusif Cabbarov maliyyə sektorunda çalışıb. O, Azərbaycanın aparıcı kommersiya banklarından birində İdarə Heyətinin sədr müavini işləyib.

Cənab Cabbarov 2012-ci ildə Harvard Biznes Məktəbində bir illik idarəetmə təhsilini (PLD - Strateji Menecment) uğurla bitirib. 2007-ci ildə o, Birminhem Biznes Məktəbindən MBA dərəcəsi və 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetindən iqtisadiyyat və maliyyə üzrə bakalavr dərəcəsi alıb.
İmran Əhmədzadə
Şura üzvü
İmran Əhmədzadə neft, telekommunikasiya, maliyyə və sənaye müəssisələrində geniş təcrübəyə malikdir.

İ. Əhmədzadə Norm şirkətinin Direktorlar Şurasının üzvüdür. O, həmçinin, NEQSOL Holding-in Maliyyə işləri üzrə direktoru və Birləşmiş Krallıq qeydiyyatlı neft şirkətlər qrupu olan Nobel Oil Services (UK) Limited-in Direktorlar Şurasının üzvüdür.

2013-cü ildə Nobel Oil şirkətlər qrupunda baş xəzinədar olaraq işə başlayıb. Bundan öncə, İ. Əhmədzadə 2004-cü ildən etibarən bank sektorunda, xəzinədarlıq, riskin idarə olunması, kredit anderraytinqi, portfelin idarə olunması sahələrində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin, müxtəlif universitetlərdə pedaqoq kimi fəaliyyət göstərib.

2019-cu ildə Harvard Biznes Məktəbində bir illik təhsilini (PLD) müvəffəqiyyətlə tamamlayıb və 2009-cu ildə Almaniyada yerləşən Koburq Universitetində “Maliyyə idarəetməsi” üzrə magistr dərəcəsinə yiyələnib.
Mehmet Hayrettin Şener
Şura üzvü
Mehmet Hayrettin Şener Türkiyədə sement sənayesi sahəsində 40 illik iş təcrübəsinə malikdir.

Cənab Şener Norm şirkətinin Direktorlar Şurasının üzvüdür. Daha əvvəl Türkiyə Sement İstehsalçıları Assosiasiyasının Keyfiyyət və Ətraf Mühit Şurasının idarə heyətinin üzvü olub.

Cənab Şener 30 ildən çox SABANCI Holding sement zavodlarında və Holding Cement Group-da, o cümlədən, 5 il baş direktor və idarə heyəti üzvü kimi, 6 ilə yaxın Türkiyənin ən böyük sement zavodlarından olan NUH Sement-də Baş direktor vəzifələrində fəaliyyət göstərib.

Cənab Şener ABŞ-nın Nyu-York Politexnik Universitetinin “Kimya mühəndisliyi” fakültəsində magistr dərəcəsinə, İstanbul Texniki Universitetində “Kimya mühəndisliyi” fakültəsində bakalavr dərəcəsinə yiyələnib.
İsrail Asəliyev
Şura üzvü
İsrail Asəliyev müxtəlif biznes sahələrində 20 ilə yaxın rəhbərlik təcrübəsinə malikdir.

Cənab Asəliyev Norm şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2018-ci ildən NEQSOL Holding-də Tikinti Sənayesinin rəhbəri vəzifəsində çalışır və bu seqmentdə strategiyanın hazırlanması və icrasına nəzarət edir. O, həmçinin Holdinqdə sənaye biznesini genişləndirmək üçün M&A layihələrinə rəhbərlik edir.

NEQSOL Holding-ə qoşulmazdan öncə, İ.Asəliyev inşaat materialları, tekstil və kimyəvi maddələrin istehsalı, eləcə də dağ-mədən sənayesi sahələrində fəaliyyət göstərən Gilan Sənaye Qrupu-nun Baş İcraçı Direktorunun müavini vəzifəsində çalışıb. O, Mingəçevir Sənaye Parkının sıfırdan başlayaraq iki zavodun istismara verilməsinədək olan inkişaf layihəsinə nəzarət edib.

Cənab Asəliyev 2003-2011-ci illərdə menecment və İT konsaltinq və beynəlxalq texniki yardım sənayesində fəaliyyət göstərmişdir. Almaniya, Belçika və ABŞ şirkətləri və təşkilatlarında ekspert və rəhbər vəzifələrdə çalışıb.

2005-ci ildən Azərbaycanda informasiya texnologiyaları sahəsində ilk peşəkar mükafat olan NETTY Mükafatı Akademiyasının üzvüdür.

Cənab Asəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetini müvəffəqiyyətlə bitirib. O, Azərbaycanda ilk PMI sertifikatlı layihə idarəetmə mütəxəssislərindən biridir.
Henning Sasse
Baş icraçı direktor
Henning Sasse, müxtəlif aparıcı texniki və ümumi idarəetmə vəzifələrində olmaqla, 24 ildən artıq iş təcrübəsinə malikdir.

Cənab Sasse Norm şirkətinin Baş icraçı direktorudur. Norm-da fəaliyyətə başlamazdan əvvəl LafargeHolcim qrupunda "Cement Industrial India" rəhbəri kimi fəaliyyət göstərib. Bununla yanaşı, o, Hindistanda iki LafargeHolcim şirkətlər qrupunun icra komitəsinin üzvü olub.

Henning Sasse Almaniya, Azərbaycan, Rusiya və Hindistanda (Cənubi Asiya) sement və digər tikinti materialları, eləcə də, tullantıların idarə olunması və alternativ resurslar sahəsində 19 illik təcrübəyə malikdir.

Cənab Sasse Braunşveyq Texniki Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində magistr dərəcəsinə, Karlsrue Texnologiya Universitetində iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. Lozannada yerləşən Beynəlxalq İdarəetmə İnkişafı İnstitunun (IMD), Rəhbərlik və İdarəetmə üzrə iki əsas proqramını bitirib.
Elvin Mirzəyev
Baş maliyyə direktoru
Elvin Mirzəyev maliyyə təşkilatlarından çoxşaxəli holdinqə qədər bir çox sənaye sektorlarında maliyyə və investisiya ilə əlaqədar vəzifələrdə 10 ildən artıq iş təcrübəsinə sahibdir.

Cənab Mirzəyev hazırda Norm ASC-nin Baş maliyyə direktorudur. Norm şirkətində işə başlamazdan əvvəl o, NEQSOL Holding-in İnvestisiya üzrə rəhbəri vəzifəsində çalışıb. 


E.Mirzəyev Almaniyanın Nurtinqen Tətbiqi Elmlər Universitetindən “Beynəlxalq maliyyə” üzrə magistr dərəcəsinə malikdir. O, beynəlxalq CFA İnstitutunun sertifikatına və GARP assosiasiyasının FRM (Maliyyə riskləri üzrə menecer) statusuna sahibdir.


Bundan əlavə, cənab Mirzəyev Stenford Universitetində “Lliderlik Xüsusiyyətlərinin İnkişafı Proqramı”nı (Executive Leadership Development Program) bitirmişdir.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ