SIEBTECHNIK

 

İstehsalçı ölkə: Almaniya

Avadanlıqlar:
 

  • Hava axını qurğusu

Hava axını çeşidləndirici qurğusu SLS 200 filtrasiyadan keçirilməsi üçün bütün quru materialların sürətlə, dəqiq qranulometrik analizi ilə əlaqədar müasir laboratoriyaların tələbləri üçün hazırlanmışdır.

 

  • Hissəciklərin ölçüsünü müəyyən etmək üçün tor şəkilli filtrlər;

Analizlər çeşidi təxminən 10-dan 4000 µm qədər ölçülü hissəcikləri  əhatə edir. İonlaşdırıcı qapaq sement hissəciklərinin ona yapışmasının qarşısını alır və beləliklə daha dəqiq nəticələrin əldə edilməsinə imkan yaradır.

 

  • Çənəli daşdoğrayan qurğu

Almaniyada istehsal edilmişdir. Çənəli daşdoğrayan qurğu Laboratoriya şəraitində sementin həm xammal kimi, həm də hazır komponentlər kimi istehsal edilməsi üçün istifadə olunan, materialların doğranılması üçün ideal şəkildə uyğundur. Bu materiallardan bəziləri aşağıdakı kimidir: əhəngdaşı, boksit, gips, gil, dəmir filizi, klinker və s.

 

  • Diskli daşdoğrayan qurğu

Diskli daşdoğrayan qurğu az miqdarda gipsin, klinkerin, əhəngdaşının qısa zaman ərzində tələb olunan mikron hissələrə bölünməsi üçün istifadə  olunur. Ölçüsü kiçildilmiş sement klinkeri nümunələrin XRF analizi üçün hazırlanması məqsədilə istifadə olunur.
 

  • Ələk analizi üçün titrədici qurğu

Bu qurğu çeşidləmə üçün nəzərdə tutulmuşdur.


www.siebtechnik-gmbh.de