Gebr. Pfeiffer
İstehsalçı ölkə: Almaniya
Avadanlıq: Şaquli xammal dəyirmanı
NORM Sement zavodunda 4500 kVt gücündə xammal və qatqıların üyüdüldüyü şaquli xammal dəyirmanı quraşdırılmışdır.
Etibarlılığı ilə məşhur olan bu dəyirmanlar uzunmüddətli fasiləsiz istismara zəmanət verir. Nəticədə sobanın dayanma riski aradan qaldırılır, sabit və yüksək keyfiyyətli klinker istehsalı təmin edilir.
Sobanın dayandırılması klinkerin keyfiyyətində dəyişkənliyə səbəb olduğundan fasiləsiz istismar sabit və yüksək keyfiyyətli klinker istehsalını təmin edir.
Dəyirmanın girişində quraşdırılmış buxar generatoru kisəli filtrdə kondensatın yaranmasının qarşısını alır, soyuq havada dəyirmanın iş rejiminə çıxma müddətini azaldır və nəm əlavələrdən istifadəyə imkan verir.