NormNormNormNormNormNorm
/

Vakansiyalar

Planlama üzrə Baş Mühəndis

Tələblər: 

  • Mexanika mühəndisliyi üzrə ali bakalavr/magistr təhsili
  • Təmir planlaması və ya oxşar əlaqəli sahədə mühəndis kimi və ya daha yuxarı səviyyəli vəzifələrdə ən azı 3-5 il iş təcrübəsi
  • İngilis dilində ən azı orta səviyyədə istifadə bacarığı
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • Ms Project və ya Primavera programlarından istifadə bacarığı
  • SAP üzrə istifadə bacarığı arzu olunandır
  • Avadanlıqların iş prinsipini və hissələri haqda biliklər (Sement zavodu avadanlıqları üzrə arzu olunandır)
  • Hesabatların hazırlanması və analiz edilməsi bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik.
  • Qeydiyyat kartlarının tərtib edilməsi, Şirkətin kataloqlarının, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı.
  • Şöbənin texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
  • İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi.
  • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili.
  • Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması:
  • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili
  • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
  • Mexaniki təmir və planlama şöbəsinin arxivində avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili.
  • Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması.
  • Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək.
  • İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi.
  • Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi.
  • Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi.
  • Planlama bölməsinin heyətlərinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.
  • Zavodun qaz təsərrüfatına aid olan qurğuları və alətləri dövlət qurumları tərəfindən həyata keçiriləcək yoxlamalar üçün hazırlıqların həyata keçirilməsini və nəzarətini təmin etmək.
  • İşlərin təkmilləşdirilməsi məqsədilə digər şöbələrlə əməkdaşlıq.
  • Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 05.01.22

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ