Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Sement məhsullarından istifadə edən hər bir usta Norm Ustalar Klubuna üzv ola bilər. Kluba üzv olduqdan sonra ustalar klubun yaratdığı bir sıra imkanlardan faydalana bilərlər. Klub üzvləri üçün sement məhsulları və onların istifadə qaydaları ilə bağlı təlimlər təşkil edilir. Klubda həmçinin, ustalar və onların ailələri üçün müxtəlif layihələr təşkil olunur.

Suallarınız və ya ətraflı məlumata ehtiyac olarsa, həftənin bazar ertəsi- cümə günləri, saat 09:00-dan 18:00-dək +994 55 480 10 10 və ya +994 55 340 10 10 nömrələri vasitəsilə klubun qaynar xəttinə müraciət edə bilərsiniz.

Norm Ustalar Klubu