İctimai dinləmə keçirilməsi barədə elan
09.07.2025
10.07.2025 tarixdə “Norm” ASC tərəfindən “Qazma şlamı tullantısının Norm Sement zavodunda alternativ xammal kimi istifadə edilməsi” və “Səngərqaya və Vulkan gil yataqlarının istismarı” mövzusunda ictimai dinləmə keçiriləcək.
İctimai dinləmə zamanı Norm Sement zavodunda təbii xammaldan istifadənin azaldılması və bu məqsədlə, zavodda alternativ xammal kimi təkrar emal olunmuş qazma şlamı tullantısından istifadə edilməsi barədə məlumat veriləcək. Həmçinin, şirkətin dayanıqlı inkişafa verdiyi əhəmiyyət müzakirə olunacaq və ətraf mühitin qorunmasına dair şirkətin siyasəti, eləcə də, görülən tədbirlər barədə ictimaiyyətin rəyləri və təklifləri nəzərdən keçiriləcək.
Tədbir haqqında ətraflı məlumat:
Tarix: 10 iyul 2025-cü il, saat: 10:00
Məkan: Qaradağ Gənclər Evi, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 35K
Əlavə suallarınız yaranacağı təqdirdə, +994 77 277 1526 telefon nömrəsi vasitəsilə İbrahim Həsənov ilə əlaqə saxlaya bilərsiniz.