Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir təşkil olundu
22.07.2025
"Norm" ASC tərəfindən Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media mənsublarının iştirakı ilə tədbir təşkil olundu. Tədbirdə bir çox media qurumlarının nümayəndələri iştirak etdi.
Tədbirin proqramına müxtəlif çıxışlar, intellektual oyunlar və əyləncə daxil edilmişdi. Beləliklə, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşri ilə başlayan milli mətbuatın bir əsr yarımlıq tarixini simvolizə edən Milli Mətbuat Günü təntənəli şəkildə qeyd edildi.
https://www.youtube.com/watch?v=8fxlcXWFUO4