Norm 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Bakubuild sərgisində iştirak etdi

17.10.2025

Norm 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində Bakubuild 2025 sərgisində iştirak edib. 14-16 oktyabr tarixlərində Norm çətiri altında Norm Sement, Norm Beton və Storm brendləri sərgidə yer alıb. Sərgi boyunca Norm brendlərinin dayanıqlı və keyfiyyətli məhsul və həlləri ölkənin inşaat sektoruna - hazırkı və potensial müştərilərə, tərəfdaşlara, əməkdaş şirkətlərə və ziyarətçilərə nümayiş etdirilib.