Norm Ustalar Klubunda şahmat turniri keçiriləcək
01.04.2025
Norm Ustalar
Klubunda usta övladlarının iştirakı ilə “Zəfər həmləsi” şahmat turnirinə start
verilir.
Turnir 12 aprel və
19 aprel tarixlərində Azərbaycan Şahmat Federasiyasında baş tutacaq və 6-18 yaş
aralığında olan 32 şahmat həvəskarı qalibiyyət uğrunda yarışacaq. Turnirin 7
turdan ibarət ilkin mərhələsi 12 apreldə keçiriləcək və burada ən çox xal
toplayan 4 iştirakçı ikinci mərhələyə keçməyə haqq qazanacaq. 19 apreldə isə
yarımfinal və final mərhələri baş tutacaq.
Yarışın təşkil
olunmasında məqsəd usta övladlarının inkişafına töhfə vermək və onların asudə
vaxtının səmərəli təşkil olunmasına dəstək göstərməkdir.
Qeyd edək ki, “Norm”
ASC hər zaman inşaat ustaları ilə yanaşı onların övladları, ailə üzvlərinin də
şəxsi və peşəkar inkişafını dəstəkləyir və Norm Ustalar Klubunda usta övladları
üçün faydalı olan bir çox layihələr həyata keçirilir.
Ötən il şirkətin dəstəyilə
klubda məhz usta övladları üçün “Norm Ustalar Klubu Superkuboku” adlı futbol
çempionatı, tələbələr üçün “TələbəSən” adlı inkişaf proqramı həyata
keçirilmişdi. Eyni zamanda, klubda 2024-cü ilin sentyabrından başlayan, ustaların abituriyent olan
övladlarının cəlb olunduğu “Təhsilli gələcəyəm” adlı 10 aylıq universitetlərə
hazırlıq proqramı hal-hazırda davam etdirilir.