Norm Ustalar Klubunda ustaların tələbə övladları ilə görüş keçirildi

16.02.2026

Cəmiyyətin inkişafına töhfə vermək, xüsusilə də gənclərin həyat yoluna işıq tutmaq Norm üçün mənəvi məsuliyyətdir. Şirkət bu məsuliyyəti bir çox layihələrlə yerinə yetirir. 14 fevralda Norm Ustalar Klubunun üzvü olan ustaların tələbə adını qazanmış övladları ilə tədbir keçirildi. Tədbirdə 85 tələbə iştirak etdi. Maraqlı və zəngin gündəliyi olan tədbirdə tələbə gənclər üçün şəxsi inkişaf və süni intellekt mövzularında təlimlər təşkil olundu. Gənclər yeni biliklər qazandılar, öz potensiallarına daha yaxından bələd oldular və motivasiya qazandılar. Brendin gənclərə bugünkü dəstəyi onların sabahkı uğurlarının formalaşmasında böyük rol oynayır.