Pres-reliz. Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
04.02.2026
Norm şirkətinin yerli tərəfdaş
olduğu ICCX Academy Baku beynəlxalq beton konfransı və sərgisi uğurla başa
çatıb.
200-dən çox iştirakçının, 20-dən
çox sərgi iştirakçısının bir araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən
olan beton mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.
Gün boyu davam edən konfransda
beton texnologiyalarının tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən
inşaat materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının
azaldılması strategiyaları diqqət mərkəzində olub.
Tədbirdə, həmçinin, Azərbaycanın
müasir dəmir-beton konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş
tutub. Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan beynəlxalq
şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanı Azərbaycanda sənaye
binalarının inşasında mövcud yanaşmalar və gələcəkdə müasir həllərin tətbiqi
imkanları üzrə fikir mübadiləsi aparılıb. Panel çərçivəsində suallara cavab verən
Henning Sasse Norm-un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəki
rolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dair şirkətin
mövqeyini bildirib.
ICCX Academy Baku 2026 iştirakçılar
tərəfindən maraqla qarşılanıb və sektor
nümayəndələri arasında peşəkar əməkdaşlığı təşviq edib.