Yüksək maliyyə nəticələri “Norm” ASC-nin strateji inkişafını dəstəkləyir
25.07.2025
“Norm” ASC 2024-cü ilin
audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib. Hesabata əsasən,
şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib.
Belə ki, “Norm” ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib,
ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb. Əməliyyat mənfəəti 18
milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəəti
isə 15,9% artaraq, 77,43 milyon manata çatıb.
“Norm” ASC-nin Maliyyə
və strategiya üzrə baş icraçı direktor müavini
Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurlu
idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də
xalis mənfəətini artırmağa
nail olub. O, həmçinin qeyd edib ki, “Norm”
ASC ötən il yüksək məbləğdə - 19,2 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək,
ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Şirkətin Baş icraçı direktoru
Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa
vurduğunu vurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq,
hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata
keçiririk. Bu ilin may ayından etibarən şirkətimiz sement əsaslı quru
qarışıqlar üzrə yeni məhsullarını Storm brendi ilə bazara təqdim edib.
Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət
göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı
inkişafına da töhfə verəcək.