Korporativ dəyərlər
Norm şirkəti şirkətdaxili mədəniyyətin işçilərin yüksək peşəkarlıq və şəxsi keyfiyyətləri, daim yeniliklər və inkişafa səy göstərmək əzmi, yüksək motivasiyalı komanda ruhu əsasında formalaşması istiqamətində çalışan bir şirkətdir.
Biz işçilərimizin fəaliyyətinin onlar üçün cəlbedici olacağına, onlara məmnunluq və nailiyyət gətirməklə yanaşı böyük dəyər qatacağına inanırıq.
Şirkətimizdə çoxmədəniyyətli mühitdə fəaliyyətlərin necə həyata keçirildiyinə dair ümumi anlayış yaratmaq, şirkətin sağlam prinsiplər əsasında qurulmasına nail olmaq və davranış qaydalarını aydın etmək məqsədilə Etika Məcəlləsi tətbiq olunur.
Norm-da iş münasibətləri əmək münasibətlərinin ən vacib prinsiplərindən biri olan ayrıseçkiliyin yol verilməməsi prinsipi əsasında qurulur. Bərabər iş imkanları qanun tərəfindən tələb olunmaqla yanaşı biznesdə uğur qazanmağa imkan verən ən əsaslı komponent kimi iş münasibətlərinin bütün mərhələlərində qorunub saxlanılır. Biz hamı üçün bərabər iş imkanları yaradaraq işçilər arasında irq, din, milliyyət, yaş, fiziki və ya əqli məhdudluqlar, ailə vəziyyəti, cinsi və ya siyasi baxışlarından dolayı fərq qoymuruq.
Şirkət mədəniyyəti
İş mühiti
İnkişaf imkanları
İnsan resursları siyasəti
Biz əməkdaşlarımızın şəxsi hüquqlarından tam və düzgün şəkildə istifadə edə bilməsi üçün imkan yaradır, onlara vicdanla və ədalətlə yanaşır, təhlükəsiz və sağlam iş mühiti təmin edirik. İnsan kapitalının inkişafına çalışır, əməkdaşların sosial və ictimai sahələrdə təşəbbüslərini dəstəkləyir, onların şəxsi və peşəkar həyatına hörmət edirik.
İşə qəbul
Norm şirkətində işə qəbul prosesi obyektivlik və bərabərlik prinsipləri rəhbər tutularaq aşağıdakı mərhələlərlə həyata keçirilir.
01
Vakant vəzifənin açıqlanması02
CV-lərin qısa siyahısının tərtib edilməsi03
Müsabiqənin keçirilməsi04
Qiymətləndirmə prossesi05
İşə qəbulun təsdiq edilməsiKaryera imkanlarını nəzərdən keçir
Vakansiyalar
Hazırda şirkətimizə Kapital xərclərinin idarə edilməsi üzrə baş mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnşaat, Mexanika, Elektrik, Sənaye mühəndisliyi, Tikintinin idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür.
- Kapital xərclərin idarə edilməsi, mühəndislik, tikinti və ya sənaye layihələrinin icrası üzrə minimum 5 il, o cümlədən layihə nəzarəti və ya portfel koordinasiyası üzrə ən azı 3 il müstəqil iş təcrübəsi;
- Sement, mədənçıxarma, energetika, neft-qaz, istehsalat və ya digər ağır sənaye sahələrində təcrübə üstünlükdür;
- PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetməsi üzrə təlimdə iştirak və ya sertifikatın olması üstünlükdür;
- Büdcə hazırlanması prosesi, xərclərin hesablanması, proqnozlaşdırma, tenderlərin qiymətləndirilməsi, müqavilə və dəyişikliklərin idarə edilməsi üzrə biliklər,
- Excel və PowerPoint üzrə yüksək, MS Project və/və ya Primavera P6 üzrə yaxşı biliklər; ERP, Power BI, AutoCAD/CAD və sənəd idarəetmə sistemləri üzrə təcrübə üstünlükdür;
- Yüksək səviyyədə ingilis dili biliyi; türk və/və ya rus dillərində ünsiyyət bacarığının olması üstünlükdür;
- Layihə və istehsalat həyata keçirilən sahələrdə, həmçinin planlı təmir dayanmaları fəaliyyətlərində iştirak etməyə və ezamiyyətlərə hazır olmaq.
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· CAPEX layihələrinin illik və uzunmüddətli planlaşdırılması, qiymətləndirilməsi, prioritetləşdirilməsi və portfel üzrə koordinasiyasını həyata keçirmək;
· Layihələrin texniki və iqtisadi əsaslandırılmasını, investisiya təkliflərinin, büdcə və icra planlarının hazırlanmasını koordinasiya etmək;
· Layihələrin büdcə, xərc, pul axını, qrafik və icra göstəricilərinə nəzarət etmək, kənarlaşmaları vaxtında müəyyənləşdirmək;
· CAPEX layihələrinin şirkətin təsdiq edilmiş prosedurları, daxili nəzarət və layihə idarəetmə tələblərinə uyğunluğunu təmin etmək;
· Tenderlərin hazırlanması və qiymətləndirilməsi, podratçı seçimi, müqavilə və kommersiya proseslərində iştirak etmək;
· Layihələrin icrasını, podratçı fəaliyyətini, riskləri, dəyişiklikləri, texniki məsələləri, SƏTƏM və keyfiyyət tələblərini idarə etmək;
· Layihə sponsorları, Maliyyə, Satınalma, SƏTƏM, texniki şöbələr və podratçılar arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
· Layihələrin istismara verilməsi, təhvil-təslimi və texniki-kommersiya baxımından bağlanmasını koordinasiya etmək;
· CAPEX portfeli üzrə rəhbərliyə büdcə, proqnoz, icra vəziyyəti, risklər və əsas qərarlar barədə dövri hesabatlar təqdim etmək;
· CAPEX proseslərinin, hesabatlılığın və layihə idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.
İmtiyazlar:
· Könüllü tibbi sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 03.08.26
Hazırda şirkətimizə Hesabatlıq
üzrə aparıcı mütəxəssis axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
·
Bütün sənədlərin
şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı
Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin
edilməsi;
·
Daxili idarəetmə
hesabatlarının vaxtında və dəqiq təmin edilməsi;
·
Aylıq, rüblük və
illik beynəlxalq maliyyə hesabatlarının hazırlanması və vaxtında təqdim
olunması;
·
Hesabatların
hazırlanması üçün tələb olunan məlumatların müxtəlif mənbələrdən toplanmasını
və düzgünlüyünü yoxlamaq;
·
Hesabatlarda yaranan
fərqlər və kənarlaşmalar üzrə ilkin təhlillər hazırlamaq və izahlar təqdim
etmək;
·
Maliyyə hesabatları
üzrə nəzarətçi tərəfindən aparılan yoxlama prosesinə dəstək olmaq və tələb
olunan düzəlişləri vaxtında icra etmək;
·
Standart jurnal
yazılışlarının və düzəliş qeydlərinin hazırlanmasını həyata keçirmək;
·
Kənar audit üçün
materialların və kənar qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının
əlaqələndirilməsi, kənar auditorların fəaliyyətinin əlaqələndirilməsi və
onların təklif və tösviyələrinin tədqiq edilməsi;
·
Daxili auditorların
təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması;
·
Məhsulun maya
dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin
azaldılması üçün sahələri aşkar etmək;
·
Maliyyə hesabatları
üzrə daxili nəzarət prosedurlarına riayət etmək və tətbiqində iştirak etmək;
·
ERP sistemlərindən
və digər maliyyə platformalarından məlumatların düzgün çıxarılmasını təmin
etmək;
·
Hesabat
proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;
·
Digər struktur
bölmələrlə əməkdaşlıq edərək maliyyə məlumatlarının tam və düzgün toplanmasını
təmin etmək;
·
Rəhbərlik tərəfindən
tapşırılan digər maliyyə hesabatları və təhlilləri hazırlamaq;
·
Sənədlərin API SPEC
Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi
və illik auditlərə hazırlıq;
· Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
·
Maliyyə və mühasibat
uçotu üzrə ali bakalavr təhsili
·
Hesabatlılıq və
audit üzrə 2-3 il, audit şirkətlərində təcrübə
·
ACCA sertifikatları
üzrə göstəricilər (F3, F7)
·
Əla səviyyədə MS
Excel biliyi
·
SAP təcrübəsi üstünlükdür
·
Əla səviyyədə ingilis
dili biliyi
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi
qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
İmtiyazlar:
·
Könüllü tibbi
siğorta
·
Şəxsi və peşəkar
inkişaf imkanları
·
İşçi rifahını
dəstəkləyən, inklüziv iş mədəniyyəti
·
İşçi mükafatlandırma
proqramları və timbildinq fəaliyyətləri
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün
son tarix: 25.05.26
Hazırda şirkətimizə Kibertəhlükəsizlik üzrə mühəndis axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
· Firewall, EDR/XDR, DLP, SIEM, e-poçt təhlükəsizliyi, bulud təhlükəsizliyi və digər kibertəhlükəsizlik həllərinin quraşdırılması, idarə edilməsi və dəstəklənməsini həyata keçirmək, təhlükəsizlik tələblərini təhlil etmək və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təkmilləşdirmə üzrə tövsiyələr vermək;
· Şəbəkələrin, informasiya sistemlərinin və tətbiqlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kibertəhlükəsizlik risklərini, təhdidlərini, zəifliklərini, təhlükəsizlik insidentlərini və potensial icazəsiz müdaxilə cəhdlərini izləmək, müəyyən etmək, qiymətləndirmək və hesabat vermək;
· Norm-un fəaliyyət mühitinə uyğun informasiya təhlükəsizliyi alət və texnologiyalarını qiymətləndirmək və onların seçilməsi və tətbiqi üzrə tövsiyələr vermək;
· Kibertəhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, hücum üsullarını, zərərli proqram təminatını, şəbəkə trafikinin loglarını, host və firewall loglarını, eləcə də şəbəkə infrastrukturunu təhlil etməklə insidentlərin əsas səbəblərini və təsirini müəyyən etmək;
· Araşdırma nəticələrini sənədləşdirmək və rəhbərliyin nəzərdən keçirməsi üçün kibertəhlükəsizlik insidentləri üzrə hesabatlar hazırlamaq;
· Müəssisənin şəbəkə aktivləri üzrə səlahiyyət verilmiş penetrasiya testlərini həyata keçirmək və/və ya bu prosesə dəstək göstərmək;
· Risklərin azaldılması məqsədilə informasiyanın, sistemlərin və proseslərin qorunmasını təmin edən, xərc baxımından səmərəli təhlükəsizlik nəzarət tədbirlərinin seçilməsinə dəstək göstərmək;
· Yeni sistemlərin tətbiqi, mövcud sistemlərin yenilənməsi və ya İT infrastruktur layihələrinin həyata keçirilməsi zamanı təhlükəsizlik tələblərinin ilkin mərhələdən etibarən nəzərə alınmasını təmin etmək məqsədilə İT komandaları ilə əməkdaşlıq etmək;
· Yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsizlik baxımından qiymətləndirilməsini aparmaq, riskləri təhlil etmək və müvafiq təhlükəsizlik tövsiyələri vermək;
· Təşkilatın informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramının, o cümlədən fişinq simulyasiyalarının, təlim modullarının və maarifləndirmə kampaniyalarının əlaqələndirilməsini və həyata keçirilməsini dəstəkləmək;
· İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərində iştirakını və nəticələrini (məsələn, fişinq simulyasiyalarında klik göstəriciləri və təlimlərin tamamlanma səviyyəsi) izləmək, təhlil etmək və hesabatlandırmaq;
· Kibertəhlükəsizlik siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması, yenilənməsi və tətbiqinin təmin edilməsinə dəstək göstərmək;
· Kibertəhlükəsizlik siyasətlərinin ISO 27001, NIST kimi beynəlxalq standartlara, qabaqcıl təcrübələrə və qüvvədə olan normativ tələblərə uyğunluğunu təmin etmək.
· Təhlükəsizlik insidentləri, təhlükəsizlik alətlərinin effektivliyi və informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının göstəriciləri ilə bağlı rəhbərlik üçün müntəzəm hesabatlar hazırlamaq;
· Kritik kibertəhlükəsizlik insidentləri və yaranmaqda olan risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq və müvafiq tədbirlər üzrə tövsiyələr təqdim etmək;
· Zərurət yarandıqda təşkilatın informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı rəhbər heyət üçün təqdimatların hazırlanmasına dəstək göstərmək;
· Daxili və xarici audit proseslərini tələb olunan sənədləri, dəstəkləyici məlumatları və audit izlərini təqdim etməklə dəstəkləmək, həmçinin audit zamanı müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesində iştirak etmək;
· Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
· Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
· İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə ali bakalavr təhsili
· İnformasiya Təhlükəsizliyi və İnformasiya Texnologiyaları sahəsində minimum 3 il iş təcrübəsi
Yüksək səviyyədə azərbaycan və ingilis dili biliyi
· Kiçik tərkibli kibertəhlükəsizlik komandasında müstəqil işləmək bacarığı
· DLP, EDR/XDR, SIEM, IAM/PAM, IDS/IPS və digər kibertəhlükəsizlik alətləri ilə praktiki iş təcrübəsi
· Şəbəkə protokolları, əməliyyat sistemləri və təhlükəsizlik jurnallarının (logların) təhlili üzrə dərin biliklər
· Kibertəhlükəsizlik insidentlərinin idarə olunması prosesləri və rəqəmsal kriminalistika (Digital Forensics) üzrə əsas biliklər.
· Microsoft 365 / Microsoft Entra ID (Azure Active Directory) təhlükəsizlik alətləri ilə iş təcrübəsi
· ISO 27001 və NIST Cybersecurity Framework kimi informasiya təhlükəsizliyi standartları və çərçivələri üzrə biliklər
· CompTIA Security+, CISSP, CCSP, Microsoft Azure Security və ya AWS Security kimi beynəlxalq informasiya təhlükəsizliyi sertifikatlarının olması üstünlükdür.
Tələb olunan kompetensiyalar
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
· Analitik düşüncə
· Komanda işi və əməkdaşlıq
· Effektiv ünsiyyət
· Layihələrin İdarəedilməsi
· Sərbəst işləmə bacarığı
İmtiyazlar
· Könüllü tibbi siğorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 23.07.26
Hazırda şirkətimizə Satış administrasiyası
üzrə kiçik mütəxəssis tələb olunur.
İş
yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan
şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
·
Ali bakalavr təhsili (Biznesin İdarəedilməsi ixtisasına üstünlük
verilir.)
·
Əlaqəli sahə üzrə 1 il iş təcrübəsi
·
MS Office proqramlarında işləmə bacarığı
·
Əla səviyyədə ingilis dili biliyi
·
SAP biliyi
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin debitor borclarının səmərəli surətdə
idarə olunmasına cavabdehlik;
- Borcların hüquqi yolla geri qaytarılması üçün
bütün qeyri-qənaətbəxş debitorlar barədə Hüquq şöbəsinə vaxtında məlumat
verilməsinə cavabdehlik;
- Kredit Komitəsi iclasının təşkili, iclas
katibliyi, iclas qeydlərinin protokollaşdırılması, protokolların
imzalanmış nüsxələrinin sistemdə yerləşdirilməsi və Kredit Komitəsi
üzvlərinin protokollarla təmin edilməsi;
- Kredit Komitəsi iclası üçün müştərilərin aylıq
debitor borc göstəriciləri performansını və bu kimi digər əlaqədar
məsələləri əks etdirən təqdimatların hazırlanması və nümayişi ;
- Satışın İdarəolunması şöbəsi ilə əlaqədar
proseslərin müvafiq prosedura uyğunluğunun monitorinqi, prosedurdan kənara
çıxma hallarının izlənilməsi və hesabat təqdim edilməsi;
- Satış şöbəsindən müştəri haqda təqdim edilən
məlumat əsasında satış müqavilələrinin hazırlanması;
- Müştərilər barədə məlumatların sistemə daxil
edilməsi, dəyişdirilməsi, silinməsi və əlavə edilməsi üzrə cavabdehlik;
- Məhsullara təyin olunan qiymətlərin, kredit
xətlərin habelə daşınma qiymətlərinin sistemə daxil edilməsi, dəyişilməsi;
qiymətlərin daşınma daxil və ya xaric olması üzrə fərqləndirmə cədvəlinə
daxil edilməsi və dəyişdirilməsi üzrə cavabdehlik;
- Müqavilə reyestirinin hazırlanması və imzalanmış
müqavilələrin qeydiyyatın aparılması
- Satışın İdarəolunması şöbəsinə aid prosedurların
yenilənməsi və yayılmasında birbaşa iştirak;
- Bazar araşdırması proseslərinin həyata
keçirilməsində iştirak və tələb olunan müvafiq hesabatların təqdim
edilməsiSənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001
standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel,
güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
İmtiyazlar:
· Könüllü tibbi
sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar
inkişaf imkanları
· İşçi rifahını
dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma
proqramları və timbildinq fəaliyyətləri
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 23.07.2026
Hazırda şirkətimizə “Sement üyütmə
terminalının tikintisi və istismara verilməsi” layihəsi üçün Layihə rəhbəri
axtarılır.
Tələblər:
- Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi,
o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;
- Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə
olunması üzrə təcrübə;
- Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq
iş təcrübəsinə malik olmaq üstünlükdür;
- Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma,
tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;
- PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;
- EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə
biliklər;
- FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;
- MS Project və/və ya Primavera P6 proqramlarında işləmək
bacarığı;
- MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;
- Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə
biliklər;
- İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət
bacarığı;
- Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı.
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
·
Layihələrin
planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;
·
Layihənin əhatə
dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə
etmək;
·
Layihə icra
planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və
icrasını təmin etmək;
·
Layihə büdcəsinə,
qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;
·
Satınalma
strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə
olunmasına rəhbərlik etmək;
·
Podratçılar,
təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;
·
Layihə risklərini
müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata
keçirmək;
·
Layihələrin icra
vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
·
Əməyin mühafizəsi,
sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;
·
Çoxfunksiyalı layihə
komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və
inkişafını dəstəkləmək;
·
Layihələrin
istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək.
İmtiyazlar:
· Könüllü
tibbi sığorta
· İş
yerinə çatdırılma
· Şəxsi
və peşəkar inkişaf imkanları
· İşçi
rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi
mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün
son tarix: 06.07.26
Hazırda şirkətimizə Əsas vəsaitlər
və inventar üzrə kiçik mühasib tələb
olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan
şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Tələblər:
·
İqtisadiyyat,
Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil
·
Əsas
Vəsaitlər və İnventar üzrə Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
·
Əla
səviyyədə MS Excel biliyi
·
Orta
səviyyədə ingilis dili biliyi
·
ACCA,
CİMA, CPA sertifikatları üzrə göstəricilər
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Əsas
vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas
vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi;
- İnventar və
əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərə düzəliş edilməsi;
- Əsas
vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
- Əsas
vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
- Əsas
vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
- Mühasibatlıq və
digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas
vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin
biznes ehtiyaclarının təmin edilməsi;
- Həftəlik/aylıq/yarımillik/illik
fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması
- İnventarizasiya
üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək;
- Gündəlik,
həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının
hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
- İstehsal və
təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün
aparılmasının təmin edilməsi;
- Mühasibatlıqla
birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma
xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
- Kapital xərclər
(CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün
təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
- Anbardakı
malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınmasına dair anbar
işçiləri ilə əməkdaşlıq;
- Köhnəlmiş/artıq
malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
- Mal-materialların
hər həftə və hər ay yoxlanması, fərqlərin qeydiyyatının aparılması;
- Mal-materialların
ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət;
- İnventarizasiya
siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
- Məhsulların
qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin
etmək üçün mühasibatlıqla əməkdaşlıq;
- Satınalmalarla
bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi
sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin
olunmasına dəstək;
- Birbaşa
rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə
yetirilməsi;
- Lazım gələrsə
Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində
dəstək;
- Sənədlərin API
SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin
edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə
vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana
uyğun hərəkət etmək.
İmtiyazlar:
· Könüllü
tibbi siğorta
· Şəxsi
və peşəkar inkişaf imkanları
· İşçi
rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· Digər
imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün
son tarix: 07.06.26
Hazırda şirkətimizə Sement və
beton məhsulları üzrə kiçik satış təmsilçisi tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
· İqtisadiyyat,
Menecment və ya Marketinq üzrə ali təhsil
·
2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi
·
İngilis dili biliyi
·
MS Office proqramlarında işləmək bacarığı
·
Sement və beton istehsalı üzrə texniki biliklər
·
Bazarın təhlili və araşdırılması üzrə təcrübə
·
Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin
biliklər
· Sənaye
standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
·
Sement
və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin
qurulması;
·
Müştəri
fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;
·
Sement
və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim
edilməsi;
·
Mövcud
və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların
çatdırılması;
·
Müştəri
məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;
·
Yeni
müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin
genişləndirilməsi;
·
Şirkətin
strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;
·
Müştəri
şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;
·
Gündəlik
hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;
·
SAP
sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;
· Excel,
Power Point, Word Office proqramlarında hesabat və təqdimat edilməsi;
· Sənədlərin
API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin
edilməsi və illik auditlərə hazırlıq;
· Fövqəladə
vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun
hərəkət etmək.
İmtiyazlar:
· Könüllü tibbi siğorta
· Şəxsi və peşəkar
inkişaf imkanları
· İşçi rifahını
dəstəkləyən, inklüziv iş mədəniyyəti
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 05.05.26