Korporativ Sosial Məsuliyyət
0
KSM layihəsi
0 M ₼
KSM-ə vəsait
0
İcma üzvlərinə dəstək
Norm Ustalar Klubu
Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Sement məhsullarından istifadə edən hər bir usta Norm Ustalar Klubuna üzv ola bilər. Kluba üzv olduqdan sonra ustalar klubun yaratdığı bir sıra imkanlardan faydalana bilərlər. Klub üzvləri üçün sement məhsulları və onların istifadə qaydaları ilə bağlı təlimlər təşkil edilir. Klubda həmçinin, ustalar və onların ailələri üçün müxtəlif layihələr təşkil olunur.
Ətraflı
Tez-tez soruşulan suallar
Norm Ustalar Klubuna qoşulmaq üçün inşaat sahəsində fəaliyyət göstərən və sementdən istifadə edən usta olmalısınız.
Qeydiyyatdan keçmək üçün klubun çağrı mərkəzinə zəng etməlisiniz. Daha sonra namizədliyiniz yoxlanılır və təsdiqləndiyi təqdirdə kluba üzvlük əldə edirsiniz.
Norm Bonus proqramı pərakəndə bazardakı müştəriləri olan dilerlər üçün nəzərdə tutulur.
Kluba üzvlüyü təsdiq olunduqdan sonra mobil tətbiqdən istifadə etməsi üçün ustaya istifadəçi adı və şifri SMS vasitəsilə göndərilir. Usta ona təmin olunan məlumatlar vasitəsilə mobil tətbiqə giriş əldə edir.
Dayanıqlı inkişafın təməlində güclü icmalar dayanır. Biz ətrafımızdakı icmaların ehtiyaclarının qarşılanması, eləcə də onların inkişafı üçün onlarla fəal şəkildə ünsiyyət saxlayırıq. Müxtəlif sosial məsuliyyət təşəbbüsləri ilə, onların inkişafına töhfə verir və ehtiyaclarını qarşılamaqla, uzunmüddətli müsbət təsir yaradırıq. Daha inklüziv və dayanıqlı gələcəyə nail olmaq üçün səy göstəririk.