NormNormNormNormNormNorm
/

Tədbirlər

NORM Sement müştəriləri üçün təlim təşkil etdi

NORM Sement 11 noyabr 2016-ci il tarixdə müştəriləri üçün “Sementin və betonun istehsal texnologiyası” mövzusunda təlim təşkil etdi. Təlim İsveçrənin nüfuzlu PSA Zurich Akademiyasının mütəxəssisi Jürgen Oecknick tərəfindən keçirildi. 
Təlimə 60-dan çox beton zavodlarının və müxtəlif tikinti şirkətlərinin 100-dən artıq mütəxəssisi, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri dəvət olunmuşdular.

Təlimin birinci hissəsində iştirakçılara hazır beton qarışıqları, onların hazırlanması zamanı ortaya çıxan problemlər və həlli yolları, öncədən gərginləşdirilmiş dəmir- beton elementlər, preslənmiş beton məmulatlar, quru qarışıqlar və s. kimi aktual mövzulara dair nəzəri və praktik tövsiyələr verilmişdir. Eyni zamanda, sadalanan sahələrdə hal-hazırda dünya təcrübəsində tətbiq olunan müasir yanaşma tərzi barədə qiymətli məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırılmışdır.

Təlimin ikinci hissəsində müştərilərlə sərbəst müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimin sonunda iştirakçılar tədbiri yüksək qiymətləndirmiş, bu cür göruşlərin mütəmadi olması barədə istəklərini şirkətimizin nümayəndələrinin diqqətinə çatdırmışlar.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ