NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Ustalar Klubunun ustaları Uşaqlar evini ziyarət ediblər

           Norm Sement əvvəlki illərin davamı olaraq bu il də sosial tədbirlər silsiləsinə davam edir. Şirkətə məxsus Norm Ustalar Klubunun  təşəbbüsü ilə növbəti tədbir qayğıya möhtac uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Ustalar Klubunun üzvü olan bir qrup usta Bakı şəhərində toplaşaraq 3 saylı Uşaqlar evini ziyarət edib.

            Tədbirdə 100-ə yaxın uşaq, uşaqlar evinin müəllim heyəti və rəhbərliyi iştirak edib. Ustalar Klubunun üzvlərinin və uşaq evinin kollektivinin çıxışlarından sonra uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Uşaqların gözəl rəqsləri, emosional çıxışları və söylədikləri şeirlər tədbirin daha da maraqlı keçməsinə səbəb olub.

Tədbirin məqsədi kimsəsiz uşaqlara sevinc bəxş etmək, onların ehtiyaclarını qismən qarşılamaq və kimsəsiz uşaqların gələcəkdə cəmiyyətə tam yetkin fərd kimi inteqrasiya olunmalarına, bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır.

            Tədbir əsasında uşaq evinin rəhbərliyi və ustalar arasında uşaq evi binasının təmiri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, binanın tam şəkildə təmir edilməsini klub üzvləri öz öhdələrinə götürublər. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaranmışdır. Klubun hazırda 4000 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında – Bakı, Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir və Massallıda həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə 44 maarifləndirici təlim təşkil edilmişdir.

Kluba üzv olmaq istəyən ustalar 055 4801010 nömrəsi vasitəsilə qaynar xəttlə əlaqə yaradaraq ətraflı məlumat əldə edə bilərlər. Klubun fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyən şəxslər klubun Facebook və İnstagram səhifələrini izləyə bilərlər.
 

 

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ