NormNormNormNormNormNorm
/

Xəbərlər

Ustalar Qocalar evini ziyarət etdilər

Norm Sement sosial layihələrə dəstək verməyə davam edir. 

Bu dəfə Norm Ustalar Klubunun bir qrup üzvü Qocalar evini ziyarət edib. 150-ə yaxın qoca ilə görüşüb, maraqlı söhbətlər ediblər. Görüşdən əvvəl Qocalar evinin rəhbərliyi ilə müzakirələr aparılmış və ehtiyaclar müəyyənləşdirilmişdi. Bunlar əsasında alınmış əşyalar mərkəzə təqdim olundu. Ziyarətçi ustalar Qocalar evinin sakinləri ilə söhbətlər əsnasında digər ehtiyacları haqda məlumat toplayıb onlara daim dəstək olacağını bildirdilər.

Norm Ustalar Klubu Norm şirkətinin nəzdində 2016-cı ildən etibarən yaranmışdır. Klubun hazırda 4000 üzvü var. Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında – Bakı, Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir və Massallıda həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə 44 maarifləndirici təlim təşkil edilmişdir.

Kluba üzv olmaq istəyən ustalar 055 4801010 nömrəsi vasitəsilə qaynar xəttlə əlaqə yaradaraq ətraflı məlumat əldə edə bilərlər. Klubun fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyən şəxslər klubun Facebook və İnstagram səhifələrini izləyə bilərlər.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ