NormNormNormNormNormNorm
/

Xəbərlər

"Keçəlin toyu" müsabiqəsinin qalibləri mükafatlandırıldı

Norm Sementin Novruz bayramı münasibətilə sosial media izləyiciləri üçün keçirdiyi "Keçəlin toyu" müsabiqəsinin qalibləri müəyyən oldu. Müsabiqənin qaydalarına əsasən, Norm-un Facebook və İnstagram səhifələrində 1 həftə ərzində müxtəlif vaxtlarda suallar səslənməli və tapılan cavablar vasitəsilə bayram atributlarının gizlədildiyi məkanlara dair ipucları verilməli idi. Daha çox atribut taparaq hesabına xal yazdıran iştirakçılar müsabiqənin qalibləri oldular.

Müsabiqənin əsas qalibi elan olunsa da, digər yerlər uğrunda mübarizə aparan iki iştirakçının topladıqları xallar eyni olduğundan Norm şirkətinin ofisində keçirilən püşkatma nəticəsində ikinci və üçüncü yerlər müəyyən olundu.

Beləliklə, birinci yerin sahibi Aslan Əliyev, ikinci Amin Hacıyev, üçüncü yerin sahibi isə Cavad Salmanlı oldu. Qaliblərə müvafiq olaraq, Apple iPhone 8, Samsung A8 (2018) və Samsung J8 (2018) hədiyyə edildi.

Norm Sement daim yeniliklər edərək aktiv sosial media izləyicilərini diqqətində saxlayır. Şirkət mütəmadi şəkildə interaktiv müsabiqələr keçirərək izləyiciləri sevindirməyə davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ