NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm beynəlxalq arenada nüfuzlu tərəfdaşlarla irəliləyir

“Qloballaşma” və “beynəlxalq əməkdaşlıqlar” inkişafı xarakterizə edən açar ifadələrdir. İldə 2 mln. ton sement istehsalı gücünə malik olan Norm Sement zavodu ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır. Şirkət fəaliyyətə başladığı dövrdən etibarən sement və beton istehsalı sahəsində beynəlxalq arenada yüksək nüfuza malik şirkət və qurumlarla sıx əməkdaşlıq edir. Bir neçə illik istehsal təcrübəsi olmasına baxmayaraq, zavod xarici bazarlara çıxış imkanı əldə etmişdir.

Norm Sement Avropanın öz sahəsində nüfuzlu qurumlarından olan Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) üzvüdür. Təşkilata üzv olmaqda Norm şirkətinin məqsədi ən son beynəlxalq nailiyyətləri yerli sement istehsalı sənayesində tətbiq etməkdən və Azərbaycanı bir çox nüfuzlu Avropa qurumlarında təmsil etməkdən ibarətdir.

Norm şirkətinin əməkdaşlıq etdiyi digər beynəlxalq qurum  Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. Belə ki, institutun peşəkar əməkdaşları tərəfindən hər il zavodda istehsal prosesinin texniki auditi həyata keçirilir, CEM II/A-P 32,5R markalı KLASS A və CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500  və KLASS S (CEM II/A-P 42.5 N, Mineral əlavəli sulfatadavamlı Portland sement) və  CEM I 52,5 N  markalı KLASS 1 Norm sementlərinə DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunur. 

Beynəlxalq arenada söz sahibi tərəfdaşlarla irəliləyən Norm Sement 2019-cu ildə də iqtisadi əhəmiyyətli yeniliklər etməyə davam edir. Şirkət Azərbaycanda beton sənayesi sahəsində ilk dəfə Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirdi. Tədbirə 100-dən çox yerli və xarici şirkət rəsmiləri, sement və beton ekspertləri qatıldı.

Norm Sement-in beynəlxalq tərəfdaşları ilə qurduğu münasibətlər gələcəyə hesablanmış uzunmüddətli yatırımdır. Bu əməkdaşlıqlar sayəsində ölkəmizdə təşkil edilən təlim və seminarlar, konfrans və forumlar yüksək ixtisaslı yerli peşəkarların yetişdirilməsinə, həmçinin beton istehsalına və ümumilikdə tikinti sənayesinə dair yeniliklərin, həll yollarının və ən son texnologiyanın  ölkəmizdə tətbiqinə və Avropa təcrübəsindən yararlanmağa imkan yaradır.

Ümumilikdə bu əməkdaşlıqlar ölkə iqtisadiyyatının hərtərəfli inkişafına xidmət edir. Qeyri-neft sektorunda həcminə görə ən iri layihələr sırasında olan Norm Sement zavodu xalqın rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının qüdrətlənməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.               

 

 

 

 

 

 

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ