NormNormNormNormNormNorm
/

Xəbərlər

Xəzər universitetinin tələbələri Norm Sement-in "qonağı" oldular

Xəzər Universitetinin İnşaat Mühəndisliyi kafedrası ilə Norm Sement arasında əldə olunmuş razılığa əsasən, cari ilin 17 oktyabr tarixində Xəzər Universitetinin İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri və müəllim heyyəti üçün Norm Sement zavoduna ekskursiya təşkil olunub.

Proqrama uyğun olaraq, günün birinci yarısında tələbələrə zavod haqqında ətraflı məlumat, “Sement istehsalına giriş” təlimi və “SƏTƏM qaydaları” təlimatı keçilmişdir. Günün ikinci yarısında isə tələbələr əyani şəkildə zavod ərazisində zavodun aparıcı mütəxəssislərinin müşayiəti altında ekskursiya edərək, sement istehsalında istifadə olunan xammalın çeşidlənməsi, sementin tərkibinin müəyyən olunması, sementin bişirilmə, klinkerin üyüdülmə proseslərini izləyib və hər bir proses haqqında ətraflı məlumat əldə ediblər.  

Daha sonra tələbələr Mərkəzi idarəetmə otağınının  (CCR) iş prinsipi, Avropanın ən müasir tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuş sement və beton laboratoriyaları,  orada nümunələrin hazırlanması, aparılan fiziki və mexaniki sınaqlarla əyani şəkildə tanış olublar.

Sonda “qonaqlar” zavoddan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər. Xəzər Universiteti tərəfindən göndərilən “Təşəkkür məktubu” isə bir daha qeyd etməyə əsas verir ki, Norm Sement-in peşəkar komandasının iştirakı ilə hazırlanmış təlim və ekskursiya universitetin tələbə və müəllim heyəti üçün məhsuldar keçib.

Fəaliyyət müddəti ərzində Norm Sement daim gənc nəslin maariflənməsinə və inkişafına öz töhfələrini verir və bu ənənə gələcəkdə də davam etdiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ