NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm Sement”dən tələbələrə növbəti dəstək

Noyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün Norm Sement və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “İş görüşünə hazırsan?” mövzusunda təlim keçirilib. Tələbələrin karyera planlamasına dəstək məqsədilə keçirilən təlimdə düzgün CV hazırlanması, iş müsahibəsinə hazırlıq prosesi, iş həyatına ilk addımlar barədə  nəzəri və praktik biliklər paylaşılıb.

Təlim İqtisad universitetinin binasında, universitetin III, IV kurs tələbələri və magistrantlar üçün şirkətin İnsan Resursları və Administrativ şöbəsinin əməkdaşı Tamerlan Ələkbərlinin iştirakı ilə baş tutub.

Cəmiyyət qarşısında sosial öhdəliklərini məsuliyyətlə yerinə yetirməkdə olan Norm şirkəti bundan sonra da gənc nəslin maariflənməsində, peşə hazırlıqlarının təkmilləşdirilməsində və ümumilikdə  karyera planlanmasında töhfələr verməyə davam edəcəkdir.  

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ