NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement zavodu ICCX Rusiya 2019 beynəlxalq beton konfransı və sərgisində iştirak edib

3-6 dekabr tarixlərində Avropanın nüfuzlu CPI jurnalının təşkilatçılığı ilə beynəlxalq beton konfransı və sərgisi  - ICCX Rusiya 2019 Rusiya Federasiyanının Sankt-Peterburq şəhərində keçirilib. 2005-ci ildən bəri keçirilən və artıq ənənəvi hal almış bu tədbirdə 100-dən çox beynəlxalq şirkət, ixtisaslaşmış mütəxəssislər, elm adamları və müxtəlif inşaat materialları şirkətlərinin nümayəndələri iştirak edib. Müxtəlif infrastruktur layihələri, yaşayış binalarının tikinti standartları və tikinti sektorunda investisiya imkanları kimi mövzuları əhatə edən tədbirdə sərgi və konfrans iştirakçıları tərəfindən geniş tərkibli görüşlər keçirilib, müxtəlif əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbiri əhəmiyyətli edən məqamlardan biri də ilk dəfə olaraq “Məsaməli hörgü blokları” (MHB) mövzusuna geniş yer verilməsi və bu sahədə ixtisaslaşmış mütəxəssislərin çıxışı idi. Norm Sement zavodunun da təmsil olunduğu bu tədbirdə məsaməli hörgü blokları bazarlarında mövcud vəziyyət, müxtəlif tendensiyalar və gələcək inkişaf perspektivləri mövzularında bir sıra maraqlı çıxışlar oldu.

Şirkətimizin Texniki satış üzrə qrup rəhbəri Fuad Məmmədov tərəfindən “Azərbaycanda MHB bazarı və bu sahədə istehsal zamanı istifadə olunan sementin keyfiyyəti” mövzusunda məqalə ilə çıxış etdi. Çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Tədbir sonunda Norm Sement zavodunun nümayəndəsi müştərilər və tədbirdə iştirak edən bir sıra şirkətlərlə müvafiq görüşlər keçirdi və gələcək əməkdaşlıq imkanları müzakirə edildi.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ