NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement 26-cı beynəlxalq inşaat materialları konfransında təmsil olunub

Norm Sement  beynəlxalq platformalarda daim təmsil olunur, Avropada sement və beton sahələri  üzrə tətbiq olunan ən son yeniliklərin ölkəmizdə tətbiqinə çalışır. 

Bu səpkidə tədbirlərdən biri də  cari ilin 13-14 noyabr tarixlərində Almaniyanın Veymar şəhərində  keçirilən “Betonun müxtəlifliyi və onun tətbiq sahələri” mövzusunda 26-cı Beynəlxalq İnşaat Materialları konfransı olub. Almaniyanın nüfuzlu İnşaat Materiallarının Tətbiqi üzrə Elmi-Tədqiqat İnstitutunun (FIAB) ev sahibliyini etdiyi konfransda Avropa və Asiya qitəsindən 200-dən çox mütəxəssis, elm adamları və inşaat materialları şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirdə müasir dövrdə istifadə olunan inşaat materialları və onların tikintidə tətbiq imkanları, eləcə də müxtəlif növ betonlar, onların tətbiq sahələri və beton istehsalında alternativ doldurucuların istifadəsi mövzusunda maraqlı çıxışlar olub.

Ənənəvi olaraq hər il keçirilən bu tədbirdə Norm Sement zavodu da təmsil olunub. Tədbirdə zavodun Texniki satış üzrə qrup rəhbəri Fuad Məmmədovun “Azərbaycanda mövcud olan alternativ beton doldurucuları və onlardan istifadə imkanları” mövzusunda təqdimatı olub. Təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin rəsmi jurnalında eyni adlı məqalə dərc olunub.

Tədbirin sonunda zavod nümayəndəsinin  tədbir iştirakçısı olan digər Avropa şirkətləri ilə məhsuldar görüşləri keçib və bu görüşlərdə həmin şirkətlərin Norm Sement zavodu ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ