NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində VII Məzun-Karyera sərgisində iştirak edib

21 dekabr 2019-cu il tarixində Norm ASC-nin İnsan Resursları şöbəsinin işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində VII Məzun-Karyera Sərgisində iştirak ediblər. Sərgi zamanı Norm şirkətinin nümayəndələri tələbə və məzunların suallarını cavablandıraraq,  onlara Norm şirkətində mövcud iş və təcrübə imkanları barədə ətraflı məlumat təqdim ediblər.

Sonda ADNSU-nun rektoru, professor Mustafa Babanlı Norm şirkətinin nümayəndələrinə təşəkkürünü bildirib və gələcəkdə yaranmış əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Şirkət nümayəndələri rektora sərgidə iştirak fürsəti yaratdığı üçün öz dərin minnətdarlığını bildirib.

Norm şirkəti  karyera sərgilərini məzun və tələbələr üçün yeni iş imkanları baxımından faydalı hesab edir və bu kimi tədbirlərdə iştirak edərək  daim onlara öz töhfəsini verməyə çalışır.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ