NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm şirkəti Memarlıq və İnşaat Universitetində (AzMİU) karyera sərgisində iştirak edib

Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub.

Sərgidə nazirliklər, dövlət qurumları, müəssisələr eləcə də universitetlə daim uğurlu əməkdaşlıq edən və gənclərin maarifləndirilməsi, yerli mütəxəssislərin yetişdirilməsi üzrə ölkənin qabaqcıl şirkətlərindən olan Norm Sement  şirkəti müvəffəqiyyətlə təmsil olunub, vakant iş yerləri sərgiyə çıxarılıb.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. 

1500-dən  çox tələbə və məzunun iştirak etdiyi sərgidə Norm şirkətinin insan resursları üzrə nümayəndəsi yeni iş imkanlarını tələbə və məzunlara təqdim edib, ətraflı məlumat verib. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin mütəxəssisləri ilə ünsiyyət yaradaraq, uyğun vakansiyalara öz CV-lərini təqdim ediblər.

Norm Sement sosial məsuliyyət öhdəliklərinin fərqindədir və bu çərçivədə  tədbirlər həyata keçirməyə davam edir. Ölkə gənclərinin iş həyatına hazırlığı, onlar üçün karyera imkanlarının yaradılması, ixtisasartırma təlimləri və peşə təhsilinin inkişaf etdirilməsi üzrə görülən işlər buna əyani misaldır. 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ