NormNormNormNormNormNorm
/

Xəbərlər

Səma-555 MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda bütün dünyanın, o cümlədən, ölkəmizin mübarizə apardığı pandemiyaya qalib gəlmək məqsədilə  həmrəyliyə dəvət edib, onları  iş yerlərində və yerləşdikləri ərazidə mövcud virusdan qorunma qaydalarının təbliğinə çağırıb.

Norm-un çağırışına qoşulan şirkətlərdən biri  də şirkətin rəsmi distribütoru Səma-555 MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə əsl vətəndaş mövqeyi nümayiş etdirib.

Səma-555 şirkəti virusa yoluxmanın qarşısınının alınması üçün nəzərdə tutulan qaydalara iş yerlərində riayət etməklə yanaşı, dilerlər şəbəkəsinin də lazımi qaydada məlumatlandırılması, dezinkeftə edici vasitələrlə və tibbi maskalarla təmin edilməsi üçün aktiv fəaliyyətə başlayıb.

Səma-555 MMC özünüzün və ətrafdakı insanların sağlamlığı üçün hər birinizi bu mübarizəyə qoşulmağa, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlim və tövsiyələrinə əməl etməyə, yaşlı insanlara dəstək olmağa, sosial məsafə  qaydalarını həyatınızda təbiq etməyə çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ