NormNormNormNormNormNorm
/

Xəbərlər

Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10000 manat ianə edib

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda yeni növ koronavirusla mübarizəyə qalib gəlmək məqsədilə birliyə, fəaliyyət göstərdikləri ərazidə sosial məsafə və izolyasiya qaydalarının tətbiqinə, cəmiyyətin maariflənməsində aktiv iştirak etməyə çağırıb.

Norm-un çağırışına qoşulan şirkətlərdən biri  də şirkətin rəsmi distribütoru Lidersement MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirib.

Bundan başqa, Lidersement  iş yerində və yaxın ərazilərdə dezinfeksiya işlərinin aparılması, dilerlər şəbəkəsinin virusdan qorunma qaydaları haqda məlumatlandırılması, onların dezinfektantlar və tibbi maskalarla təmin edilməsi üzrə  aktiv iş rejiminə başlayıb.

Lidersement bu yoluxucu xəstəliyin öhdəsindən birgə gəlmək üçün hər birinizi ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, gigiyena və sosial məsafə qaydalarının tətbiqinə iş və şəxsi həyatınızda biganə qalmamağa çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ