NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement-in yeni nailiyyəti: Avropadan texnoloji avadanlığın onlayn şəkildə istismarı həyata keçirilib

Norm Sement zavodu xammal emalından hazır məhsulun qablaşdırılmasınadək dünyanın aparıcı istehsalçılarından ən müasir avadanlıqlarla təchiz edilib. Dünyanın pandemiya ilə mübarizə apardığı müddətdə şirkət resurslarından daha səmərəli istifadə, istehsal gücünü artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə  zavod ərazisində yeni avadanlıqlar quraşdırılıb.

Norm Sement zavodunda paketləmə qurğuları Avropanın ən nüfuzlu şirkətlərindən olan Beumer istehsalıdır. Rəqəmsallaşdırma və zavod texniki heyyətinin peşəkarlığı sayəsində zavodda  yeni quraşdırılan paketləmə xətti 4000 km məsafədən istismara verilib. Bu metod Beumer-in fəaliyyət tarixində ilk dəfə Norm Sement zavodunda tətbiq edilib.

Uzaqdan  idarəetmə zamanı tətbiq edilən Smart məlumat gözlükləri vasitəsilə kilometrlərlə uzaqda çalışan Beumer komandası və zavod ərazisində fəaliyyət göstərən Norm mütəxəssisləri eyni görüntünü izləyə və prosesin davamında görüləcək tədbirləri müəyyənləşdirə biliblər.  Beləliklə, ən müasir texnologiyanın tətbiqi və yüksək ixtisaslı komandaların birgə işi sayəsində paketləmə xəttinin tam şəkildə istismara verilməsinə nail olunub.

Norm ASC-nin Baş icraçı direktoru Henning Sasse görülən işləri yüksək qiymətləndirib: “Çox qısa zaman ərzində Norm komandamızın Beumer şirkətindən olan tərəfdaşlarımızla birgə səyi nəticəsində “uzaq məsafədən istismara vermə” konsepsiyasını hazırlayıb həyata keçirə bildik. Bu isə Covid-19 ilə əlaqədar səyahət məhdudiyyətlərinə baxmayaraq zavodumuzun gücünü artırmağa imkan verdi. Hər iki tərəfdaş üçün möhtəşəm nailiyyətdir ”.

NEQSOL Holding-in tərkibinə daxil olan Norm şirkəti Cənubi Qafqazın ən iri sement istehsalçısıdır. Ən müasir texnologiyanın istehsalın bütün mərhələlərində tətbiqi zavodun yüksək məhsuldarlığını və rahat istismarını təmin etməklə yanaşı, proseslərin avtomatlaşdırılmasını və insan müdaxiləsinin minimuma endirilməsini təmin edir.

Bu avadanlıqlar yüksək keyfiyyətli məhsulun istehsalına, istismarın səmərəliliyinə, habelə enerjiyə qənaət olunmasına, eyni zamanda ekoloji cəhətdən təmiz və sağlam məhsul istehsalına zəmanət verir.

 


 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ