NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sementdən Ramazan sovqatı

Norm şirkəti hər il olduğu kimi bu il də yardım aksiyalarını davam etdirməkdədir.  Şirkət müqəddəs Ramazan Bayramı münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti və “Zühur üçün” İctimai Birliyinin təqdim etdiyi siyahı əsasında Qaradağ rayonunda məskunlaşmış 100-dən çox ailəyə bayram sovqatı paylayıb. Yardım kampaniyası şəhid ailələri, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin ailələri və ümumilikdə aztəminatlı ailələr üçün nəzərdə tutulub.

Aksiyanı həyata keçirən Norm komandası tərəfindən  xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qoruyucu maskalardan istifadə edilməsinə və ünsiyyət zamanı sosial məsafənin qorunmasına diqqət  edilib.

Norm Sement çoxşaxəli sosial fəaliyyəti çərçivəsində xüsusi həssas və yardıma ehtiyacı olan insanlara dəstək olmağa davam edir və bu istiqamətdə yeni layihələr həyat keçirməyi planlaşdırır.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ