NormNormNormNormNormNorm
/

Xəbərlər

NORM USTALAR KLUBUNUN ÜZVLƏRİ SERTİFİKASİYA İMTAHANINA CƏLB OLUNUB

“Norm”  ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubunun üzvlərinin sertifikasiya imtahanının birinci mərhələsi həyata keçirilib. Bu mərhələdə ustaların nəzəri biliklərinin qiymətləndirilməsi aparılıb və imtahanda 27 nəfər iştirak edib. Nəzəri imtahanda “İnşaat ustası” peşə ixtisasının modulları üzrə test tapşırıqlarının cavablandırılması tələb olunub. İlk mərhələni uğurla tamamlayan ustalar ikinci mərhələdə praktik imtahana cəlb olunacaqlar. Hər iki mərhələdən uğurla keçən ustalara TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.

Qeyd edək ki, “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində Anlaşma Memorandumu cari ilin əvvəlində imzalanıb. Əməkdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması ilə bağlı layihələrin icrası nəzərdə tutulur.

Sözügedən layihənin icra olunmasında məqsəd inşaat ustalarının peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu