USTALARIN TKTA TƏRƏFİNDƏN SERTİFİKASİYASI

Ustaların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən sertifikasiyası (1500 yaxın usta ilə sorğu keçirilmiş, 400-ə yaxın ustanın arasından 19 usta seçilmişdir, daha sonra ustalarla tədbirlər zamanı layihənin təşviqatı sayəsində 17 usta öz istəyi ilə bizə müraciət etmişdir. İmtahana hazırlıq planı hazırlanıb icra edilmiş, təlimlər keçirilmiş, birinci mərhələ nəzəri imtahana 27 usta qoşulmuşdur. 27 ustadan 23-u keçid balını toplayaraq ikinci mərhələyə keçmişdir. 21 usta ikinci mərhələni - praktik imtahanı uğurla tamamlayaraq, dövlət təsdiqli sertifikat əldə etmişdir.