Regional satış təmsilçisi
Hazırda şirkətimizə Regional Satış
Təmsilçisi
tələb olunur.
Tələblər:
· İqtisadiyyat və ya
Marketinq sahəsində ali təhsil
· 2 ili sahə üzrə
olmaqla, ümumi 3 il iş iş
təcrübəsi
· İngilis dili biliyi və MS Office
proqramlarında sərbəst işləmə bacarığı
· Satış prosesləri və müştəri ilə iş üzrə
təcrübə
· Bazar araşdırılması
· Satış
strategiyasının inkişaf etdirilməsi
·
Güclü analitik və strateji düşüncə qabiliyyəti
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· Korporativ müştərilər,
distribütorlar və satıcılarla davamlı və səmərəli əlaqələrin qurulması
· Müştəri portfelinin,
müqavilələrin, satışın və kredit risklərinin idarə edilməsi
· Region üzrə bazar
tendensiyalarının araşdırılması və müvafiq hesabatların hazırlanması
· Yeni məhsulların
təqdimatı və müştərilərin ehtiyaclarına uyğun təkliflərin hazırlanması
· Müştəri rəylərinin
toplanması və xidmət keyfiyyətinin artırılması üçün aidiyyəti şöbələrə
ötürülməsi
· Yeni müştərilərin
axtarışı və cəlb olunması ilə müştəri bazasının genişləndirilməsi
· Şirkətin strateji baxış
və planlarının mövcud müştərilərə çatdırılması
· TMS Pro sisteminə
müştəri şikayətlərinin düzgün və vaxtında daxil edilməsi
· Fövqəladə hallarda
fövqəladə tədbir planlarına uyğun hərəkət etmək
· API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun
sənədlərin tətbiqi
İmtiyazlar:
· Könüllü tibbi siğorta
· Şəxsi və peşəkar
inkişaf imkanları
· İşçi rifahını
dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma
proqramları və timbildinq fəaliyyətləri
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 15.11.25