Kommersiya üzrə koordinator
Hazırda şirkətimizə Kommersiya
üzrə Koordinator tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
· Biznesin İdarəedilməsi,
İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil
· Kommersiya
əməliyyatları, layihələrin koordinasiyası və ya oxşar vəzifələrdə 3-5 il iş
təcrübəsi
· Yüksək
səviyyədə təşkilatçılıq və koordinasiya bacarıqları
· Eyni
zamanda bir neçə tapşırığı və maraqlı tərəfi effektiv şəkildə idarəetmə
bacarığı
· Analitik
düşüncə qabiliyyəti
· Əla
səviyyədə ingilis və rus dili biliyi
· Güclü
kommunikasiya və hesabatlılıq bacarıqları
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
·
Kommersiya
Departamenti daxilində müxtəlif funksiyalar üzrə fəaliyyətləri koordinasiya
etmək (satış, pərakəndə satış, ixrac, marketinq, yeni biznes
istiqamətləri, strategiyanın icrası və s.);
·
Kommersiya
layihələrinin və fəaliyyət planlarının icrasına nəzarət etmək;
·
Son
tarixləri, mərhələləri və nəticələri izləmək və məsul tərəflərlə vaxtında
əlaqə saxlamaq;
·
Kommersiya
strategiyası, əməliyyatların icrası və menecment prioritetləri arasında
uyğunluğu təmin etmək;
·
Müvafiq
daxili və xarici görüşlər təşkil etmək və izləmək;
·
Yeni
biznes istiqamətlərinin tətbiqinə dəstək göstərmək;
·
Bazarın
genişləndirilməsi, ixracın inkişafı kimi strateji layihələrin kommersiya
istiqamətlərini koordinasiya etmək;
·
Davam
edən layihələr üzrə rəhbərlik üçün strukturlaşdırılmış yeniləmələr və status
hesabatları hazırlamaq;
·
Kommersiya
məlumatlarını, hesabatları və sənədləri təşkil etmək və
saxlamaq;
·
Rəqəmsallaşdırma
və süni intellektlə bağlı təşəbbüsləri əlaqələndirmək;
·
Kommersiya
hesabatlarında şəffaflıq və ardıcıllığın eyni şəkildə davam
etdirilməsinə nəzarət etmək;
·
Kommersiya
Departamenti və digər şöbələr (İstehsalat, Logistika, Maliyyə, Strategiya)
arasında koordinasiya nöqtəsi kimi çıxış etmək;
·
Vaxtında
qərar qəbul edilməsini təmin etmək üçün kommunikasiya və məlumat axınını
asanlaşdırmaq;
·
Rəhbər
tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001,
45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik
auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ,
sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
İmtiyazlar:
· Könüllü
tibbi siğorta
· Şəxsi
və peşəkar inkişaf imkanları
· İşçi
rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün
son tarix: 19.04.26